"Krasnodar"da yeni müqavilə

Rusiya klublarından "Krasnodar" hücumçu Viktor Sa ilə müqaviləni yeniləyib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, braziliyalı futbolçu 2026-cı ilə qədər "buğalar"ın heyətində çıxış edəcək.

2024-cü ilin qışından "Krasnodar"da oynayan Sa meydana çıxdığı 24 oyunda 3 qol vurub, 6 asist edib.

Qeyd edək ki, o, daha əvvəl "Botafoqo", "Volfsburq", LASK və "Əl-Cəzirə" klublarını şərəfini qoruyub.