"Kristal Pelas" Adam Vartonun transfer qiyməti açıqlayıb
"Kristal Pelas" ingiltərəli futbolçusu Adam Vartonun transfer qiymətini açıqlayıb.
Sportline.az Cek Qaunanın məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu A.Varton üçün 60 milyon avro tələb edir.
"Real Madrid", "Barselona", "Liverpul" və "Mançester Siti" 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Adam Varton bu mövsüm çıxış etdiyi 26 matçda 2 asistlə yadda qalıb.