"Kristal Pelas" "Nyukasl"ın futbolçusuna göz qoyub
"Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Con Villok "Kristal Pelas"ın transfer hədəfinə çevrilib.
Sportline.az "Chronicle Live" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas" Villok üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
25 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 39 matçda 3 qol 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Villokun "Nyukasl Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.