Kroos "Real Madrid"ə oyunçu təklif edib
"Real Madrid"in sabiq futbolçusu Toni Kroos, kluba "Milan"ın futbolçusu Ticcani Reyndersin transfer edilməsini istəyib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi bu təklifi müsbət qarşılayıb.
Reyndersin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 26 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 15 qol 5 asistlə yadda qalıb.