Kubokun final oyunu təxirə salındı

İngiltərə Liqa Kubokunun final oyunu təxirə salınıb.

Sportline.az İngiltərə Futbol Asossasiyasının saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının geniş yayılması səbəb olub. Ona görə də görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 28 fevralda keçirilməyəcək. Oyuna daha çox azarkeşin gəlməsinə şərait yaratmaq üçün həlledici matçın 2021-ci il aprelin 25-də təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, turnirin 1/4 finalında bu gün “Brentfort” – “Nyukasl”, “Arsenal” – “Mançester Siti”, sabah isə “Stok Siti” – “Tottenhem”, “Everton” – “Mançester Yunayted” oyunları olacaq.