Kubokun qalibi müəyyənləşdi

Şotlandiya kubokunun qalibi müəyyənləşib.
 
Qol.az xəbər verir ki, həlledici oyunda “Seltik” və “Harts”  üz-üzə gəlib. Görüşün əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab 3:3 olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn “Seltik” ölkə kubokunun sahibi olub.

Qeyd edək ki, “Seltik” ardıcıl 4-cü, ümumilikdə isə 40-cı dəfə Şotlandiya kubokunun qalibi olub.