"Küçədə 6 nəfərlə dalaşdım"

WBA, IBF və WBO versiyaları üzrə sabiq dünya çempionu Entoni Coşua başına gələn maraqlı əhvalatı danışıb.

Sportline.az xəbər verir ki, məşhur boksçu BBC-yə müsahibəsində gənclik illərini xatırlayıb.

"Cavanlıqda tez-tez dalaşardım. Bir dəfə axşam toyuq almağa gedəndə küçədə 6 nəfərlə təkbaşıma davaya çıxmışdım", - deyə Coşua rastlaşdığı maraqlı hadisədən söz açıb.

Qeyd edək ki, Entoni Coşua peşəkar rinqdə keçirdiyi 29 döyüşün 26-da qələbə çalıb.

3 qarşılaşmanı isə məğlub tərk edib.