Kvaratsxeliya İtaliya nəhəngi ilə razılaşdı
Millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya "Napoli" ilə razılaşıb.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, gürcü futbolçu artıq italiyalıların təklifinə müsbət cavab verib.
"Rubin"lə müqaviləsinə xitam verdikdən sonra "Dinamo"(Batumi) klubuna keçən gənc futbolçu "Napoli" ilə müqavilə imzalayacaq.
İllik 8 milyon avro maaş alacaq Xviçanın Neapol klubu ilə müqaviləsi 2027-ci ilə qədər olacaq.