Kyeza yenidən İtaliyaya qayıdır
“Liverpul”un italiyalı futbolçusu Federiko Kyezanın yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, “İnter” klubu Kyezanı icarəyə götürmək istəyir.
Federiko Kyeza “İnter”ə keçməyə müsbət yanaşır.
27 yaşlı futbolçunun “Liverpul”la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Federiko Kieza avqusta ayında “Yuventus”dan 12 milyon avro qarşılığında “Liverpul”a transfer olunub.
Təcrübəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla 3 matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.