La Liqa klubunda baş məşqçi təyinatı

"Xetafe"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Xose Bordalas təyin edilib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Bordalas bundan əvvəl 2016-2021-ci illərdə sözügedən klubu çalışdırıb.

Hazırda "Xetafe" 31 xalla La Liqanın turnir cədvəlində 18-ci yerdədir

Banner