"Lans" - PSJ oyunu təxirə salınıb

Fransa Liqa 1-in XXIX turunun "Lans" - PSJ oyunu təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu addım Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşa bilməsi səbəbindən atılıb.

Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Çünki "Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi.