"Latsio" ispaniyalı futbolçu ilə yola davam edəcək
"Latsio" ispaniyalı futbolçusu Pedro Rodrigezlə yola davam etmək qərarına gəlib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pedro paytaxt klubu ilə 1 illik yeni müqavilə imzalayıb.
37 yaşlı sağ cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 1 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Pedro Rodrigez ötən mövsüm çıxış etdiyi 44 matçda rəqib qapılarından 14 top keçirib.