"Legiya" Mahir Emreli ilə anlaşmağa yaxındır

Polşanın "Legiya" (Varşava) klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə anlaşmağa yaxındır.

Sportline.az xəbər verir kii, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

O, danışıqların çox yaxşı getdiyini bildirib: "Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə inkişaf etdirir".

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır.