"Legiya" Mahirin transferini təsdiqlədi

"Qarabağ"la müqaviləsi başa çatan  Mahir Emrelinin karyerasını "Legiya"da davam etdirəcəyi dəqiqləşib.
 
Sportline.az xəbər verir ki, Polşa çempionu rəsmi saytı vasitəsi ilə 23 yaşlı hücumçunun transferini  təsdiqləyib.

Xəbərdə futbolçunun şənbə günü Polşanın paytaxtı Varşavaya gəldiyi bildirilib. Mahirin yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacağı qeyd olunub.