"Legiya" "Neftçi"dən imtina etdi

“Legiya” “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib.

Sportline.az Varşava təmsilçisinin saytına istinadən xəbər verir ki, buna səbəb hər iki komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalıdır.

Qeyd edək ki, “Legiya” daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama matçı keçirəcəyini açıqlamışdı.