Leonid Slutskinin komandası məğlubiyyətsizlik seriyasını 13 oyuna çatdırıb
Rusiyalı çalışdırıcı Leonid Slutski Çində uğurlu çıxışına davam edir.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Çin Super Liqasının 13-cü turunda Slutsikinin komandası Şanxay "Şenhua" səfərdə "Henan"ı 2-1 hesabı ilə məğlub edərək liderliyini davam etdirib.
Beləliklə, Şanxay təmsilçisi liqada məğlubiyyətsizlik seriyasını 13 oyuna çatdırıb. Komandanın aktivində 33 xal var.
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı 2024-cü ilin yanvarında Çin klubuna baş məşqçi təyin olunub.O, klubla çıxdığı ilk oyunda Çin Super Kubokunun qalibi olub.