Leonid Slutskinin komandası məğlubiyyətsizlik seriyasını 20 oyuna çatdırıb

Məhşur rusiyalı mütəxəssis Leonid Slutskinin rəhbərlik etdiyi Şanxan "Şenhua" komandası Çində məğlubiyyətsizlik seriyasını 20 oyuna çatdırıb.

Sportline.az xəbər verir ki, komanda son olaraq yerli çempionatın 18-ci turunda keçirilən görüşdə Şandonq "Tayşan" klubunu 6:0 hesabı ilə məğlub edib.

Meydan sahibini qollarını Jin Şunkai, Çepas Malele (3), Andre Luis və Yu Hançao vurub.

Bu nəticə ilə Şanxay təmsilçisi xallarının sayını 46-ya çatdıraraq 2-ci pillədəki yerini qoruyub. 1-ci pillənin sahibi 48 xalla eyni şəhərin digər təmsilçisi  "Port" komandasıdır.