"Lester Siti"də Vardinin gələcəyi bəlli olub
"Lester Siti" Ceymi Vardi ilə yola davam etmək istəyir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, klub rəhbərliyi 37 yaşlı hücumçuya 2026-cı ilə qədər müqavilə təklif edəcək.
Vardi 2012-ci ildən "Lester"də çıxış edir. Bu mövsüm komanda ilə 5 oyuna çıxan futbolçu aktivinə 2 qol yazdırıb.
Qeyd edək ki, Vardinin klubla hazırki müqaviləsi 2025-ci ilə qədərdir.