Levandovski darmadağını belə şərh etdi

"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya kubokunun 2-ci turunda "Borussiya"ya ( Münhenqladbax) 0:5 hesablı məğlubiyyəti  şərh edib.

Sportline.az xəbər verir ki o, "İnstaqram" hesabında yazıb:

“Dünən nə baş verdiyini anlamaq çətindir. Zərərlər ağrılıdır, lakin biz daha güclü qayıtmağı öyrənməliyik. Əminəm ki, tezliklə  azarkeşlərimizə sevinmək üçün ciddi səbəb verəcəyik".