Levandovski Naqelsmanndan narazıdır

"Bavariya"nın hücumçusu Robert Levandovski komandanın baş məşqçisi Yulian Naqelsmannın seçdiyi iş üsulları və matçlar üçün taktikadan razı deyil

Sportline.az xəbər verir ki, bu barədə "Sport1" məlumat yayıb. Bildirilib ki,  komandanın iki aparıcı oyunçusu məşqçinin ideyalarına qarşıdır. Onlardan biri də Levandovskidir.

Bildirilir ki, polşalı hücumçu mütəmadi olaraq Naqelsmanın seçdiyi taktikanı, eləcə də məşqdə verdiyi çətin tapşırıqları tənqid edir.

Qeyd edək ki, "Bavariya" 69 xalla Almaniya Bundesliqasının cədvəlinə başçılıq edir. Çempionlar Liqasında Münhen klubu İspaniyanın "Vilyarreal" klubuna ümumilikdə 1:2 hesabı ilə uduzaraq 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılıb.

Banner