"Lex" Bakıya məğlub gəlir
Futbol üzrə Polşa Super Kubokunun qalibi məlum olub.
Sportline.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu “Lex”lə Polşa kubokunun qalibi olan “Rakuv” üz-üzə gəlib.
“Rakuv” bu oyunda 2 cavabsız qolla Super Kuboka yiyələnib. “Lex” 43 və 51-ci dəqiqələrdə buraxdığı qollarla məyus olub.
“Lex” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir.
Bu komandalanrın Polşadakı oyunuda meydan sahibləri 1:0 hesabıyla qalib gəliblər. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.