"Lex" Bakıya yola düşdü
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" Ağdam təmsilçisi ilə cavab oyunu üçün Bakıya yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Poznan klubunu gətirən təyyarə təxminən 4,5 saatlıq üçüşdan sonra paytaxtımıza enəcək.
Rəqibin baş məşqçisi Con van den Brom 18:40-da mətbuat konfransı keçirəcək. 20 dəqiqə sonra isə "Lex" Bakıda oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.



