Lindelöf bu kluba transfer olacaq
“Mançester Yunayted”in isveçli müdafiəçisi Viktor Lindelöf karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “İnter” klubu Lindelöfü mövsümün sonunda azad agent kimi heyətinə qatmaq niyyətindədir.
İtaliya klubunun rəhbərliyi 30 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, V.Lindelöf 2017-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.