"Lion" klubu maliyyə vəziyyətinə görə bütün futbolçularını satış siyahısına qoyub
Liqa 1 təmsilçisi "Olimpik Lion" demək olar ki, bütün oyunçularını transferə çıxarıb.
Sportline.az xəbər verir ki, bu barədə nüfuzlu L'Equipe nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa klublarının maliyyə məsələlərinə nəzarət edən qurum yay transfer pəncərəsinin sonuna kimi futbolçuların satışından ən azı 100 milyon avro əldə etmək şərti ilə "Lion"u akkreditasiya edib. "Lion" indiyə qədər futbolçuların satışından 24 milyon avro gəlir əldə edib.
Vurğulanır ki, Fransa klubu futbolçu satışından tələb olunan məbləği toplaya bilməsə, onlardan xallar silinə bilər.
Qeyd edək ki, ötən mövsümü 53 xalla 6-ci pillədə tamamlayan "Lion" bu mövsümün ilk oyununda "Renn"ə 0-3 hesabı ilə məğlub olub.