Liqa yarışında 500-dən çox cüdoçu mübarizə aparacaq
Azərbaycanda keçiriləcək 14 yaşadək yeniyetmələr arasında liqa yarışında 549 cüdoçu (453 oğlan, 96 qız) mübarizə aparacaq.
Bu barədə Sportline.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 100 klub və idman cəmiyyətinin təmsilçiləri çıxış edəcəklər. I tur aprelin 19-20-də gerçəkləşəcək.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.