"Liverpul" Almaniya nəhənginə elçi düşüb
"Liverpul" "Borussiya Dortmund"un sağ cinah müdafiəçisi Julian Ryersonu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Konor Bredlinin zədələnib mövsümü erkən başa vurması, transferin bu ay reallaşmasına gətirib çıxaracaq.
28 yaşlı sağ cinah müdafiəçisinin dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Ryerson cari mövsüm meydana çıxdığı 23 matçda 7 asistlə yadda qalıb.