"Liverpul" millinin üzvünü heyətə qatır

"Liverpul" klubu heyəti gücləndirmək niyyətindədir.

Sportline.az The Atletic nəşrinə istinadla xəbər verir ki, mersisaydlılar "Leypsiq"in yarımmüdafiəçisi Dominik Sobaslayın transferi ilə bağlı hərəkətə keçiblər.

Klub rəsmilərinin artıq macar futbolçu ilə ilkin danışıq apardığı bildirilir.

İngiltərəlilər Macarıstan millisinin 22 yaşlı üzvünü bu yay heyətə qatmaq istəyindədirlər.   

Qeyd edək ki, Sobaslay bu mövsüm "Leypsiq" formasında meydana çıxdığı 31 oyunda 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.