"Liverpul" azarkeşlərinə şad xəbər

"Liverpul"un futbolçusu İbrahima Konate zədəsini sağaldıb.

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O, 23 yaşlı müdafiəçinin Premyer Liqanın 34-cü turunda "Tottenhem"ə qarşı oynaya biləcəyini vurğulayıb.

Digər futbolçulardan Aleks Oksleyd-Çemberleyn və Roberto Firminonun isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək "Liverpul" - "Tottenhem" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Banner