“Liverpul” “Bayer”in futbolçusuna elçi düşüb
“Bayer”in niderlandlı futbolçusu Ceremi Frimponq karyerasını “Liverpul”da davam etdirəcək.
Sportline.az “Bild” qəzetinə istinadən xəbər verir ki, “Liverpul” klubunun rəhbərliyi mövsümün sonunda Frimponq üçün “Bayer”ə 50 milyon avro ödəcəyəcək.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Frimponqun “Bayer”lə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.