“Liverpul” “Çelsi”ni məğlub etdi

İngiltərə Premyer Liqasının 8-ci turunun mərkəzi matçı “Enfield” stadionunda keçirilib.

Sportline.az xəbər verir ki, “Liverpul” evdə “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.

Qolları: Mohamed Salah 29 (pen), Körtis Cons 51, Nikolas Cekson 48.

Qeyd edək ki, “Liverpul” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Çelsi” isə 14 xalla 6-cı pillədə yer alır.