"Liverpul" Darvini satmağa hazırdır

"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə yollarını ayırmağa hazırlaşır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda Nunyesi satmaq qərarına gəlib.

25 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Nunyes bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 7 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.