“Liverpul” “Fulhem”lə matça itkilərlə çıxacaq
Bu gün İngiltərə Premyer Liqasında 16-cı tura start veriləcək.
Sportline.az xəbər verir ki, lider “Liverpul” “Enfield Roud” stadionunda “Fulhem”lə qarşılaşacaq.
“Liverpul” matça itkilərlə çıxacaq. Dioqo Jota, Federiko Kieza, Konor Bredley, İbrahima Konate, Kostantinos Tsimkas zədə, Aleksis Mak Allister isə cəza səbəbindən matçı buraxmalı olacaq.
“Fulhem”də isə əsas itki Yoakim Andersen, Harrison Rid, Reiss Nelson, Tom Kerniy və Kelvin Basseyin adı ilə bağlıdır.
Görüşü Toni Harrinqton idarə edəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.