“Liverpul” futbolçusuna 100 milyon avro qiymət qoydu

"Liverpul" argentinalı futbolçusu Aleksis Mak Allisterin transfer qiymətini açıqlayıb.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Mersisayd klubu A.Mak Allister üçün 100 milyon avro tələb edir.

"Real Madrid" 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Lakin "los blankos" Mak Allister üçün 100 milyon avro ödəmək niyyətində deyil.

O, cari mövsüm çıxış etdiyi 49 matçda 7 qol 6 asistlə yadda qalıb.

Qeyd edək ki, Mak Allister 2023-cü ildən "Liverpul"da çıxış edir.