"Liverpul" futbolçusunu 50 milyon avroya satmağa hazırdır
"Liverpul" yayda kolumbiyalı futbolçusu Luiz Diazı satmaq qərarına gəlib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu L.Diazı 50 milyon avro qarşılığında satmağa hazırdır.
28 yaşlı sol cinah vingeri ilə "Barselona" klubu yaxından maraqlanır.
Qeyd edək ki, Luiz Diazın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.