"Liverpul" futbolçusunu yanvar ayında sata bilər
"Liverpul" yanvar ayında İbrahima Konateni sata bilər.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 26 yaşlı stopperi 15 milyon avro qarşılığında satmağa hazırdır.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, Fransa millisinin üzvünün "Liverpul"la sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.