"Liverpul" ispaniyalı futbolçunun ayrılığını açıqlayıb
"Liverpul"un təcrübəli yarımmüdafəçisi Tiaqo Alkantara mövsümün sonunda komandadan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.
Alkantara 2020-ci ildən İngiltərə klubunda çıxış edir. O, bu mövsümün tamamilə zədəli keçirib. 33 yaşlı futbolçunun hazırki transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, daha əvvəl "Barselona" və "Bavariya"da çıxış edən Tiaqo hər 2 klubla Çempionlar Liqasının qalibi olub.