“Liverpul” Kerkezin transferini həll edib

“Bormut”un macarıstanlı futbolçusu Miloş Kerkez karyerasını “Liverpul”da davm etdirəcək.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Liverpul”un rəhbərliyi Miloş Kerkezin transferi üçün “Bormut”a 25 milyon avro ödəyəcək.

Tərəflər arasında danışıqlar davam edir.

M.Kerkezin “Bormut”la müqaviləsi 2028-ci ilin iyun ayın qədərdir.

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında çıxış etdiyi 13 matçda 1 qol və 2 asistlə yadda qalıb.