“Liverpul” klubu fransalı futbolçunu transfer etmək istəyir

“Lion”nun fransalı futbolçusu Rayan Çerkinin yanvar ayında satılacağı gözlənilir.

Sportline.az “Mail Sport” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubunun rəhbərliyi Rayan Çerki üçün “Lion”a 30 milyon avro ödəməyə hazırdır.

“Lion” rəhbərliyi bu təklifə müsbət yanaşır.

Transferin yanvarda ayında reallaşacaq.

Qeyd edək ki, Rayan Çerki bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 2 qol və 3 asistlə yadda qalıb.

21 yaşlı futbolçunun “Lion”la müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.