“Liverpul” klubunun rəhbərliyi çətin işə başlayıb
“Liverpul” klubunun rəhbərliyi yanvar ayında Mohammed Salah, Vircil Van Deyk və Trent Aleksander Arnoldla yeni müqavilə imzalamaq istəyir.
Sportline.az “Sky Sports” kanalına istinadən xəbər verir ki, “Liverpul”un rəhbərliyi hər 3 futbolçunun müqaviləsini artırmaq üçün hərəkətə başlayıb.
Müqavilə imzalaya bilməsələr, mövsümün sonunda azad agent kimi klubdan ayrılacaqlar.
Qeyd edək ki, Arnold “Real Madrid” klubuna transfer olmaq istəyir.