“Liverpul” macarıstanlı futbolçu ilə maraqlanır

“Liverpul” rəhbərliyi “Bormut”un 20 yaşlı futbolçusu Miloş Kerkezi transfer etmək istəyir.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” yanvarda gənc müdafiəçi üçün rəsmi təklif göndərəcəyi bildirilir.

M.Kerkezin dəyəri “Transfermarkt” portalına əsasən 20 milyon avro olaraq təyin edilib.

Qeyd edək ki, Miloş Kerkez “Liverpul”da çıxış etməyə müsbət yanaşır.