“Liverpul” niderlandlı futbolçu üçün “Bayer”ə təklif göndərib

“Bayer”in niderlandlı müdafiəçisi Jeremi Frimponq mövsümün sonunda “Liverpul”a transfer ola bilər.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” Frimponq üçün “Bayer”ə 50 milyon avro ödəməyə hazırdır.

Frimponqun “Bayer”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə çıxış etdiyi 20 matçda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.