"Liverpul" öz meydanında "Brayton"a məğlub olub
İngiltərə Premyer Liqasının 22-ci turunun matçında "Liverpul" "Enfild" stadionunda "Brayton end Houv Albion"u qəbul edib.
Sportline.az xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 56-cı dəqiqədə Stiven Alsate vurub.
Bu, 22 yaşlı kolumbiyalının İngiltərə Premyer Liqasında ilk qoludur.
Bu, "Liverpul"un 1984-cü ilin 29 yanvarından "Brayton"a ilk məğlubiyyətidir. Həmin il İngiltərə Kubokunun "Brayton" "Liverpul"a 2:0 hesabı ilə qalib gəlmişdi.
Komandalar 1984-cü ildən bu günə kimi 12 görüş keçiriblər. Qarşılaşmaların 10-da "Liverpul" qalib olub, 2 matç isə heç-heçə başa çatıb.