“Liverpul” PSJ-yə qarşı

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilir.

Sportline.az xəbər verir ki, "Liverpul" "Enfild Roud"da "Paris Sen-Jermen"lə qarşılaşacaq. İlk oyun Paris təmsilçisinin 2-0 hesablı qələbəsi ilə nəticələnmişdi.

İngiltərədə keçirilən oyunda Mersisayd klubundan geri dönüş gözləyənlərin sayı az deyil. Belə ki, "Enfild Roud"un atmosferini, azarkeşlərin güclü dəstəyini nəzərə alaraq, Arne Slotun komandasının geri dönüşünə ümid etmək olar. 

Heyətlərə nəzər saldıqda meydan sahiblərində itkilərin çoxdur. Qapıçı Alisson Beker, Konor Bredli, Ciovanni Leoni, Körtis Cons, Stefan Bayçetiç, Vataru Endo zədəlidir. 

PSJ isə heç şüphəsiz sərfəli nəticəni qorumağa çalışacaq. Qonaqlarda əsas itki Fabian Ruizin adı ilə bağlıdır.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü italiyalı hakim Maurizio Mariani idarə edəcək.