“Liverpul” xal itirdi

İngiltərə Premyer Liqasında 16-cı turun matçları davam edir.

Sportline.az xəbər verir ki, “Liverpul” “Enfield Roud” stadionunda “Fulhem”lə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə başa çatıb. 2:2

Qollar: Andreas Pereyra 11, Kodi Qakpo 47, Rodriqo Muniz 76, Dioqo Jota 86

“Liverpul”un şotlandiyalı futbolçusu Endi Robertson 17-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Liverpul” 36 xalla çempionata başçılıq edir. “Fulhem” isə 24 xalla 9-cu pillədə yer alıb.