“Liverpul”da “Arsenal” matçı öncəsi itki yaşanıb

“Liverpul”un baş məşqçisi Arne Slot portuqaliyalı futbolçu Dioqo Jotanın zədələndiyini açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dioqo Jota 27 oktyabrda keçiriləcək “Arsenal” matçında meydan olmayacaq. Oyunçunun ən azı 2-3 həftəlik sıradan çıxdığı qeyd olunur.

Qeyd edək ki, Jota bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 4 qol və 2 asistlə yadda qalıb.