"Liverpul"da ciddi itki
İngiltərə millisinin və “Liverpul”un futbolçusu Joe Qomes zədələnib.
Sportline.az “Goal.com”a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi yığmanın düşərgəsində xəsarət alıb. Onun zədə səbəbindən uzun müddət yaşıl meydanlara çıxmayacağı ehtimal olunur.
Bundan əvvəl "Liverpul"un digər müdafiəçisi Vircil van Deyk və yarımmüdafiəçisi Fabinyo sıradan çıxmışdı.