"Liverpul"dan 1 xal
İngiltərə Premyer Liqasının 16-cı turunda "Liverpul" səfərdə "Nyukasl"la qolsuz bərabərə qalıb.
Mersiyayd təmsilçisi hazırda 33 xalla 1-ci pillədə qərarlaşıb. "Mançester Yunayted" 30 xalla (15 oyun) 2-ci, "Lester" 29 xalla 3-cüdür.
Qeyd edək ki, "Liverpul" bundan əvvəlki tur autsayder "Vest Bromviç"lə heç-heçə (1:1) etmişdi.