“Liverpul”dan 80 milyonluq transfer

“Atletik Bilbao”nun ispaniyalı futbolçusu Oyan Sanset karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubu 24 yaşlı yarımmüdafiəçi üçün “Atletik”ə 80 milyon avro ödəməyə hazırdır. Mersisayd klubu futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Oyan Sansetin “Atletik”lə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.