"Liverpul"dan mənfi göstərici

“Liverpul” 17 il sonra ilk dəfə Çempionlar Liqasının ev oyununda qapı çərçivəsinə dəqiq zərbə vura bilməyib.

Sportline.az xəbər verir ki, “mersisaydlılar”ın antirekordu ötən gün qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə matçda (0:2) qeydə alınıb. Komandanın qapıya göndərdiyi 4 zərbədən 1-nin qarşısı alınıb, 3-ü isə kənara gedib.

“Liverpul” belə nəticəni son dəfə 2003/04-cü illər mövsümündə göstərib.

Qeyd edək ki, “Liverpul” D qrupunda liderdir. “Ayaks” 7 xalla 2-ci, eyni xalı olan “Atalanta” 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan “Midtülland” isə sonuncudur.