“Liverpul”dan növbəti qələbə

İngiltərə Premyer Liqasının lideri “Liverpul” səfərdə “Sounthemton”la qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş “Liverpul”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollar: Adam Armstronq 42, Mateus Fernandeş 56, Dominik Sobozlayi 30, Mohamed Salah 65, 83 (pen)

“Liverpul” klubu son çempion “Mançester Siti” ilə xal fərqini 8-ə yüksəldib.

Qeyd edək ki, “Liverpul” klubu 31 xalla liderliyini möhkəmləndirib. “Sounthemhpton” isə 4 xalla aşkar autsayderdir.

Növbəti turda “Liverpul” öz meydanında “Mançester Siti” ilə münasibətləri aydınlaşdıracaq. Görüş dekabr ayının 1-i saat 20:00-da başlayacaq.